image-qanunla-reklam
image-1662185360_moldova-basbakani-maya-sandu-aa-1908451_2

“Biz Rusiyanın təxribatlarına təslim olmayacağıq” – Sandu

image-lady-day-az

Moldova prezidenti Maya Sandu Dnestryanı məsələ ilə bağlı Rusiyanın “təxribatlarına” təslim olmayacaqlarını bəyan edib.

Qanunla.az xəbər verir ki, Moldovanın Qaqauz Muxtar Vilayətində səfərdə olan prezident Maya Sandu Qaqauz Xalq Assambleyasının (Xalq Məclisinin) üzvləri ilə görüş keçirib.

Komrat Dövlət Universitetində tələbə və müəllimlərlə görüşən Sandu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Moldovanın Dnestryanı bölgəsində rus əsgərlərinə qarşı təhdid Rusiyaya qarşı hücum kimi qiymətləndiriləcək” ifadəsini dəyərləndirərək, “Biz təslim olmayacağıq. Biz dinc ölkəyik və sülh istəyirik. Ümid edirik ki, Ukraynada da sülh əldə olunacaq”,- deyə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki