image-qanunla-reklam
image-1691565794_2f3a409e-59d2-4de5-b4d8-05c88c3463a7

Bişirdiyi yeməyi yeyənlər öldü, özü isə sağ qaldı

image-lady-day-az

Avstraliyanın Viktoriya ştatında 5 nəfərdən 3-ü nahar zamanı göbələkdən zəhərlənərək ölüb. Yeməyi hazırlayan 48 yaşlı Erik Pattersonun heç bir zəhərlənmə əlaməti göstərməməsi  diqqət çəkib. 

“Qanunla.az” CNN-ə  istinadən xəbər verir ki,  48 yaşlı Erik Patterson ailəsinin 4 üzvünü evinə nahar etməyə dəvət edib.

Pattersonun hazırladığı göbələk yeməyini yeyən 66 yaşlı Hizer Uilkinson, 70 yaşlı Qeyl Patterson, 70 yaşlı Don Patterson və 68 yaşlı İen Uilkinson axşam saatlarında vəziyyətləri pisləşib və xəstəxanaya yerləşdiriliblər.  Hizer Uilkinson, Qeyl Patterson və  Don Pattersonun göbələk zəhərlənməsindən öldükləri açıqlanıb. İen Uilkinsonu isə xəstəxanada həyat mübarizəsi davam edir.

Maraqlısı budur ki, yeməyi hazırlayan Erik Pattersonun səhhətinin yaxşı olması bir çox sual işarəsi yaradıb. Yaxınlarını zəhərlədiyi düşünülən və barəsində istintaq başladılan Patterson yerli mətbuata danışıb: “Mən heç nə etmədim. Onları çox sevirdim və onları itirdiyim üçün məyus oldum”.

Bildirilib ki, Patterson zəhərli göbələkləri haradan tapdığı və yeməyi necə təqdim etdiyi ilə bağlı suallara cavab verməkdən imtina edib.

Hazırda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki