image-qanunla-reklam
image-2021_09_07_342409_7-9-2021-24

Birinci dərəcəli zəruri infrastrukturun yaradılması

image-lady-day-az

Birinci dərəcəli zəruri infrastrukturun yaradılması

Azərbaycan 44 günlük savaş nəticəsində bir tərəfdən Ermənistanın işğalçılıq siyasətinə son qoydusa, digər tərəfdən Ermənistan ordusunun saxta döyüşkənlik mifini kökündən məhv etdi. Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası və müdafiəsi istiqamətində yeni fəaliyyət strategiyası ortaya qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə dövlətçilik tariximizin ən şanlı səhifələri sırasında öndə dayanır. Vətən müharibəsindən sonra işğaldan azad olunan minlərlə kvadratkilometrdən çox ərazidə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, xidmət sektorları ilə əhatə olunan işlərin qurulması, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin doğma torpaqlarına qaytarılması və insanların normal həyatının təmin edilməsi sozün əsl mənasında böyük güc, böyük potensial tələb edir. İşğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini  tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən yaratmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Həmin regionlarda irimiqyaslı işlər görülür və yeni infrastruktur yaradılır. İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir. Bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin ediləcəkdir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki