image-qanunla-reklam
image-1677832500-1677832372_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg

Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı

image-lady-day-az

Ötən gün mediada “Bina əyildi, sakinlər təhlükədə” başlıqlı yaz dərc edilmişdi. 

Qanunla.az  xəbər verir ki, 7news.az saytının əməkdaşı həmin əraziyə baş çəkib.

İlk növbədə “Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş “Kristal Abşeron”un əməkdaşları ilə binaya baxış keçirilib. Yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq – antiseysmik tikişin üzərində olan dəmir listlərin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı bir təsir göstərmir.

Bina Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və heç bir dəyişiklik yoxdur. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur.

Bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki