image-qanunla-reklam
image-1676447445_vilayet-zahirov

“Bəzi bələdiyyə sədrlərinin biliyi orta səviyyədən də aşağı olub” – Nazir müavini

image-lady-day-az

“Bu gün ölkədə fəailiyyət göstərən bələdiyyələrin inkişafı və təkmilləşdirilməsi ilə bağlı xeyli işlər görülməlidir. Bu sahədə ildən-ilə yeni problemlərlə qarşılaşırıq. Məruzədə də bu məsələlər qeyd olunub”.

Qanunla.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

Nazir müavini bildirib ki, ən mühüm məsələlərdən biri bələdiyyələrin maliyyə resurslarının zəif olması ilə bağlıdır:

“Qanunvericilikdə bununla bağlı müəyyən imkanlar var. Əslində olan isə bələdiyyələrin bəzən mövcud imkanlardan düzgün istifadə edə bilməməsidir. Nəticədə bu onların maliyyə imkanlarının artırılmasına maneə olur. Daha bir məsələ isə bələdiyyələrin ərazilərində olan vergi obyektlərinin siyahısının olmamasıdır. Bu siyahı dəqiq olsa, oradan lazımi vergilər yığılar və sonradan israfın qarşısı alınar. Həmçinin, regionlarda olan bələdiyyələr əvvəlki illərdə torpaqları həmin dövrün qiymətləri ilə icarəyə verib. Nəzərə almaq lazımdır ki, bu günün maliyyə vəziyyəti əvvəlki ildən fərqlidir. Bununla bağlı nazirliyin aidiyyəti qurumları tərəfindən regionlarda olan bələdiyyələrlə tövsiyələr göndərilib. Qiymətlərə yenidən baxmaq lazımdır ki, bələdiyyələrin maliyyə imkanları artsın. Bundan başqa, bələdiyyə üzvlərinin bilik və savadının  artırılması məsələsində əvvəlki dövrlə müqayisədə indi xeyli irəliləyiş var. Bu sahədə çalışan təcrübəli insanlar seçilib. Xatırlayırıq ki, əvvəlki illərdə hətta bəzi bələdiyyə sədrlərinin biliyi orta səviyyədən də aşağı olub. Demək olar ki, bu problemlər aradan qaldırılıb, müəyyən məsələlər var ki, onlar da yaxın gələcəkdə öz həllini tapacaq.

Bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində də işlər görülməlidir. İdarəçilik mürəkkəb mexanizm olduğundan birdən-birə böyük səlahiyyətlərin bələdiyyələri verilməsi yalnış olar. Zamanla bu məsələ də öz həllin tapa bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki