image-qanunla-reklam
image-1656077228-ekstradition_240120

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edildi

image-lady-day-az

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əzizov Aydın Əjdər oğlu, Əskərov Mirsadiq Rakif oğlu, Bağırov Fərid Ümüdvar oğlu, Həsənov Pünhan Camal oğlu, Yusifov Taleh Rəşid oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Qanunla.Az xəbər verir ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa elan ediliblər.

21.12.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə yuxarıda göstərilən şəxslər Rusiya Federasiyasından Azərbaycana gətiriliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki