image-qanunla-reklam
image-44944723_10218175684647554_7061260039482245120_n

Bəyanatda Qarabağdakı ermənilərin hüquqları ilə bağlı müddəa yoxdur

image-lady-day-az
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi Ramil Məmmədli dövlət başçılarının Soçi görüşünü şərh edərkən bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Soçidəki üçtərəfli görüşünün nəticəsi olaraq aşağıdakıları qeyd etmək istərdim:
1. Ən mühüm bənd: Bəyanatda Qarabağ problemi əsas xətt olaraq göstərilmir. Hətta bəyanatda Qarabağ adına rast gəlinmədi.
2. Qarabağdakı ermənilərin hüquqları ilə bağlı müddəa yoxdur.
3. Münaqişə tərəfi kimi Ermənistan və Azərbaycan göstərilir.
4. Sülh müqaviləsi ilə bağlı müddəa tövsiyə xarakterlidir.
Diqqəti çəkən əsas məqam həm də ondan ibarətdir ki, razılaşmanın baza prinsipləri 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına dayanır. Həm də gələcəkdə bağlanılacaq sülh müqaviləsinin kontr-xəritəsi cızılır. Burada da əsas məqam kimi xalqların bir-birinə etimadı göstərilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki