image-qanunla-reklam
image-1659514622_p_16_9_1659510984

Bəşər Əsəddən Çinə dəstək

image-lady-day-az

Dünən ABŞ  Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə davam edən Çin-Tayvan gərginliyi daha da artıb. Bundan sonra bəzi ölkələr Çinə dəstək olub. Suriya da Çinə dəstək olan ölkələrdən biridir. 

“Qanunla.az” xəbər verir  ki, Əsəd administrasiyası Pelosinin səfərini “Çin Xalq Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyən düşmənçilik hərəkəti” kimi qiymətləndirib.

Suriya dövlət agentliyi SANA-da yer alan xəbərə görə, Suriya Xarici İşlər və Qürbətçilər Nazirliyi öz mesajında, “Suriya Amerika Birləşmiş Ştatlarının Çin Xalq Respublikasına qarşı misli görünməmiş eskalasiya və təxribat siyasətini qətiyyətlə pisləyir”.

Xarici İşlər Nazirliyi bildirir ki, Suriya yalnız bir Çini tanıyır və Çinin suverenliyini, müstəqilliyini və ərazisini qorumaq və müdafiə etmək hüququnu müdafiə etmək üçün qərar qəbul etdiyi tədbirləri və addımları ataraq, Çin Xalq Respublikasının bu səfərlə bağlı bəyan etdiyi mövqeləri tam dəstəkləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki