image-qanunla-reklam
image-maxresdefault-4-edited

Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir

image-lady-day-az

Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir.

Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Buna görə də Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalın­da bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin isə özəl inves­tisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.  Bildiyimiz kimi, bu gün ölkəmiz xam neft, təbii qaz, neft məhsulları, eləcə də elektrik enerjisini ixrac edən bir dövlətə çevrilib. Azərbaycan elektrik enerjisinin ixracı baxımdan böyük potensiala malik ölkə kimi tanınıb. Azərbaycanla sıx əməkdaşlıq münasibətləri olan Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Masdar” şirkətinin bu sistemlə bağlı zəngin təcrübəyə malik olması da həmin qurumun mövcud sahəyə böyük töhfə verəcəyinə əminlik yaradıb. Bununla da qısa vaxt ərzində respublikada yeni generasi­ya güclərinin yaradılmasının davamlı xarakter alması təsdiqini tapıb. Ölkəmizdə az bir müddətdə istər külək, istərsə də Günəş elektrik stansiyasının təməlinin qoyulması bərpaolunan enerji növlərinin inkişafının prioritet istiqamət ol­duğunu göstərir. Azərbaycan xeyli müddətdir ki, bu məsələni diqqət mərkəzində saxlayır və artıq real nəticələrə nail olur.

Həmçinin işğaldan azad edilən ərazilərimiz bərpaolunan enerji növlərinin böyük potensia­lına malikdir. Bunu aparılan hesablamalar da göstərir. Belə ki, tədqiqatlara əsasən, işğaldan azad edilən ərazilərdə Günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavat həddindədir. Bu istiqamətdə artıq ilkin addım­lar da atılır. Erməni faşizmi 30 illik işğal dövründə bütün infrastrukturu, yaşayış sahələrini, tarixi, dini abidələri yer üzündən silib, Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv edib. Bu torpaqlarda bərpa işlərinə başlanan vaxtdan elektroenergetika sahəsinin qurulması da diqqət mərkəzində saxlanılıb. Bunun nəticəsidir kihəmin su elektrik stansiyası bərpa edilməsi istiqamətində işlər aparılır.

Kərimova Vüsalə – Zərdab şəhər sakini, şəhər 1 saylı məktəb liseyn direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki