Belarus hökuməti Ukrayna ilə hərbi-texniki əməkdaşlığa dair hökumətlərarası sazişi ləğv edib.
“Qanunla.az” xəbər verir ki, bu barədə Belarusun Milli Hüquq İnternet Portalında rəsmi məlumat dərc edib.
“Belarus Nazirlər Kabineti ilə Ukrayna hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş denonsasiya edilsin”, – sənəddə deyilir.
Müqavilə təxminən otuz il əvvəl – 1994-cü il dekabrın 16-da Belarus paytaxtında tərəflər tərəfindən imzalanıb.