image-qanunla-reklam
image-1692565024-64e275b68f21264e275b68f213169256287064e275b68f20d64e275b68f20f

Belarus Rusiyadan daha səkkiz “Mi-35M” helikopteri alacaq

image-lady-day-az

Belarus Silahlı Qüvvələri 2023-cü ilin sonuna qədər Rusiyadan daha səkkiz “Mi-35M” helikopteri alacaq.

Qanunla.az xəbər verir ki, bu barədə 50-ci hava bazasının komandiri Vladimir Skorkin STV-ə müsahibəsində bildirib.

“Biz bunu ilin sonuna qədər gözləyirik. Mi-35-lərin tam eskadronu olacaq”, – deyə o bildirib.

Avqustun 17-də Belarus Müdafiə Nazirliyi Rusiyadan gətirilən dörd “Mi-35M” helikopterinin birinci partiyasının respublikaya gəldiyini elan edib. Helikopterlərin bir neçə həftə ərzində işə salınacağı gözlənilir.

“Mi-35M” çoxməqsədli hücum helikopteri “Mi-24″ün modernləşdirilmiş versiyasıdır və zirehli texnikanı, düşmənin canlı qüvvəsini məhv etmək, motoatıcı və tank bölmələrinə atəş dəstəyi, desant qoşunları və yaralıların təxliyyəsi üçün nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki