image-qanunla-reklam
image-qirici_teyyare

Belarus hərbi təlimlərə başlayır

image-lady-day-az

Belarus Müdafiə Nazirliyi əməliyyat-taktiki təlimlər keçirəcək.

Qanunla.Az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“2022-ci ilin avqustun 9-dan 25-dək Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı müavininin rəhbərliyi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlər Belarus ərazisində və Rusiya Aerokosmik Qüvvələrinin 185-ci Döyüş Hazırlığı Mərkəzində keçiriləcək. Təlimlərə Hava Hücumundan Müdafiə və Radiotexnika Qoşunlarının şəxsi heyətinin, həmçinin Belarus Respublikası Hərbi Akademiyasının döyüş ekipajlarının cəlb edilməsi planlaşdırılır”, – məlumatda deyilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki