image-qanunla-reklam
image-1691658135_20220701_gaf_u55_113-pic_32ratio_900x600-900x600-49062

Baydenlə görüşmək üçün ABŞ-a gedəcək

image-lady-day-az

Avstraliyanın baş naziri Entoni Albaneze payızda ABŞ-a rəsmi səfərə gedəcək.

Qanunla.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

O bildirib ki, siyasətçinin səfəri və ABŞ prezidenti Co Baydenlə görüşü oktyabrda baş tutacaq.

O əlavə edib ki, Albanezenin Vaşinqtona səfəri ABŞ və Avstraliya arasında dərin və davamlı ittifaqı vurğulayacaq. Jan-Pyer qeyd edib ki, hər iki dövlət Hind-Sakit okean regionunda sabitlik və firavanlıq naminə birgə işləməyə sadiqdir.

Xatırladaq ki, Bayden may ayında Kanberraya getməli olsa da, ABŞ prezidentinin səfəri Konqreslə hökumət xərcləri və borclarla bağlı danışıqlardan sonra təxirə salınmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki