ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə aid olduğu iddia edilən telefon məlumatları və fotoşəkilləri internetə sızıb.

“Qanunla.az” xəbər verir ki, sızan məlumatlara Hunter Baydenin yetkinlik yaşına çatmayan qızlarla çəkdirdiyi nalayiq fotoşəkilləri, atasını pedofil Piter kimi qeyd etdiyi narkotik və silah istifadəsi ilə bağlı yazışmalar və kadrlar var.

Belə  ki, ABŞ-da anonim istifadəçilərdən ibarət olan “4chan” internet saytının istifadəçiləri Hunter Baydenin iCloud hesabının parolunu sındırdıqlarını, iPhone və iPad-dən məlumat sızdırdıqlarını iddia ediblər.

Baydenin böyük oğlu Hunter Baydenin beş ay ərzində müşayiətçilərə 30 min dollar xərclədiyini göstərən sənədlər, mətnlər və şəkillər də kadrlar arasında yer alıb. Bildirilib ki, ABŞ prokurorları Hunter Baydenə qarşı federal fahişəlik ittihamı ilə iddia qaldıra bilərlər. Sənədlərə görə, ABŞ prezidentinin oğlu əməliyyatları şübhəli fəaliyyətə görə banklar tərəfindən bloklanan ukraynalı qadına çek yazıb.

Bundan əlavə, Hunter Baydenin ödədiyi müşayiətçilərdən bəzilərinin Ukraynalı olduğu iddia edilsə də, UberGFE-nin də Ukraynanı Rusiya ilə müharibəsində dəstəkləyən və qondarma xeyriyyə təşkilatlarına ianə etmək üçün ziyarətçilərə kriptovalyuta ünvanları təqdim edən veb-saytı var.

Digər tərəfdən, ABŞ mətbuatında yer alan xəbərlərdə qalmaqallı görüntülər “təsdiqlənməmiş sızmalar” olaraq xarakterizə edilərkən, Ağ Evin hələ də mövzu ilə bağlı açıqlama vermədiyi bildirilib. Xəbərdə görüntülərin 2020-ci ildə Hunter Baydenə aid olduğu təsbit edilən kompüterdən gəlib-gəlmədiyinin hələ müəyyən edilmədiyi bildirilib.