ABŞ prezidenti Co Bayden çıxışı zamanı ABŞ-ın Böyük Kanyonunu “dünyanın doqquz möcüzəsindən biri” adlandırıb.
“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da 80 yaşlı Amerika lideri çıxışında iki dəfə səhv edib. (Böyük Kanyon dünyanın möcüzəsi deyil və dünyanın doqquz yox, cəmi yeddi möcüzəsi var -red.).
“Böyük Kanyon dünyanın doqquz möcüzəsindən biridir, düşünün, heyrətamizdir. Amerikanın dünyaca məşhur simvolu… Əslində doqquz dedim, amma dünyanın yeddi möcüzəsindən biridir”, – Bayden səhvini düzəldib.
Qeyd edək ki, Bayden yaşına görə tez-tez hər şeyi qarışdırır və unudur. Bununla belə, o, 2024-cü ildə ikinci prezidentlik müddətinə namizəd olmaq niyyətində olduğunu açıqlayıb. Növbəti seçkiyə qədər Baydenin 82 yaşı tamam olacaq.