image-qanunla-reklam
image-1649653205-fbl-esp-liga-levante-barcelona-1-1000x600

“Barselona” səfərdə qalib gəldi

image-lady-day-az

“Barselona” futbol klubu İspaniya çempionatının 31-ci turu çərçivəsində səfərdə “Levante”ni məğlub edib.

“Qanunla.az” xəbər verir ki, Valensiyada keçirilən görüş 3:2 hesabı ilə başa çatıb.

“Levante”nin heyətində qolları Xose Luis Morales (52-ci dəqiqə, penaltidən) və Qonsalo Melero (83-cü dəqiqə) vurub. “Barselona”nın heyətində Pyer-Erik Obameyanq (59), Pedri (63) və Lük de Yonq (90+2) fərqlənib.

Xavinin yetirmələri ardıcıl 15 oyundur (11 qələbə və dörd heç-heçə) ölkə çempionatında uduzmur. “Barselona” sonuncu dəfə 2021-ci il dekabrın 4-də səfərdə “Betis”ə məğlub olub (0:1).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki