image-qanunla-reklam
image-1674623668-avtobus_70

“Baku Bus” maşınla toqquşdu – Xəsarət alan var

image-lady-day-az

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var.

“Qanunla.az”ın məlumatına görə, avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki