image-qanunla-reklam
image-1670566307-1670564815_14d1a4a8b98aea884379e58e733ef146

Bakıda yol üstündə DAVA – DSX-nin zabiti küt alətlə döyüldü

image-lady-day-az

Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.

Qanunla.Az  APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, “Koala” parkının qarşısında sürücülər bir-birinə yol vermədiklərinə görə mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib.

Nəticədə 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu küt alətlə döyülüb. O, xəstəxananın neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

Onun yaxınları bildiriblər ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki