image-qanunla-reklam
image-1693561937-16800757212980549771_1200x630

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

image-lady-day-az

Avqustun 31-də gecə saatlarında Səbail rayonu ərazisində Gəncə şəhər sakininə zor tətbiq edilərək içərisində 300 manat olan pulqabısının və mobil telefonunun alınması barədə polisə məlumat daxil olub.  

“Qanunla.az” DİN-in saytına istinadən xəbər verir ki, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Sultanov müəyyən olunaraq saxlanılıb.

Faktal bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki