image-qanunla-reklam
image-1663224165_59d88e21-6d94-3e59-95a0-5b7aa7b37b2b

Bakıda 17 yaşlı qız itkin düşdü

image-lady-day-az

Bakıda 17 yaşlı qız itkin düşüb.

Bu barədə “Qanunla.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytın Nəsimi rayonunda yaşayan Əliyeva Arzu Tərlan qızı polisə müraciət edədər qızı, 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. O, həmin gündən bərı qızı barədə məlumat ala bilmədiyini qeyd edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.

“Dinara Hacıyeva barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə (012) 441-23-80 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki