image-qanunla-reklam
image-1636699311826051385_1000x669

Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər

image-lady-day-az

Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub.

İlham Əliyevin Qırğızıstan səfəri çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycan prezidenti müxtəlif ölkələrə səfər edir, ikitərəfli razılaşmalar, müqavilələr imzalanır:

Amma sözügedən səfəri fərqli edən odur ki, Qırğızıstan türk mənşəli dövlətdir. Son zamanlar Türkiyənin rəhbərlik etdiyi və Turan dediyimiz həm siyasi, həm də iqtisadi birliyin yaradılması istiqamətində ilk addımlardan biri ikitərəfli əməkdaşlıq və müqavilələrin olmasıdır. Təbii ki, ikitərəfli münasibətlərin yaxşılaşması bu aspektdə çox vacibdir. Bura Qazaxıstan, Özbəkistan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Şimali Kipr də aiddir. Bu ölkələr həm sovet, həm də postsovet dövründə öz aralarında belə razılıqlar əldə edə bilmirdilər. Bu da təbii ki, bildiyimiz kimi, Rusiyanın dövlətlər arasında saldığı nifaqlar səbəbindən idi. Xatırladığımız kimi, Türkmənistan və Azərbaycan da vaxtilə Xəzər dənizindəki bəzi yataqlara görə, biri-biri ilə qarşıdurmada oldu. Artıq Türkiyə faktoru dünyada gücləndikdən sonra Türkmənistanla Azərbaycan arasında məlum problem qısa müddətdə həll olundu. Dostluq yatağı adı altında bərpa edildi. Bu baxımdan Qırğızıstan səfərini önəmli hesab etmək olar. Orada atılacaq imzalar, əldə ediləcək razılıqlar strateji tərəfdaşlıq üçün uğurludur.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib:

“Biz Strateji tərəfdaşlıq haqqında Bəyannaməni daha konkret məzmunla zənginləşdirəcəyik. Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar”.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki