image-qanunla-reklam
image-1667199355_e34130e3-55bd-465e-93c7-7c15660a9f8f

Azyaşlını vurub qaçan rusiyalı deputat partiyadan xaric edildi

image-lady-day-az

Rusiyanın Novosibirsk vilayətinin Tatarski rayonunda “Vahid Rusiya” partiyasından olan deputat Sergey Mamontov azyaşlı uşağı vuraraq hadisə yerindən uzaqlaşıb.

Qanunla.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Belə ki, deputat azyaşlını avtomobillə vuraraq üzərindən keçib.  Daha sonra o,  avtomobildən düşərək uşağın yanına getsə də, azyaşlını köməksiz qoyaraq hadisə yerini tərk edib.

“Vahid Rusiya”nın Novosibirsk bölməsinin mətbuat xidmətinin məlumatına görə, Mamontov buna görə partiyadan xaric edilib.

6 yaşlı uşağın hazırda ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki