image-qanunla-reklam
image-azerreyl

“Azərreyl” uduzub, “Murov” UNEC-i darmadağın etdi

image-lady-day-az

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin növbəti oyunları keçirilib.

 

Qanunla.az-ın məlumatına görə, V tura təsadüf edən və Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan hər iki görüşdə meydan sahibləri qələbə qazanıblar.

 

Günün ilk matçında “Abşeron” “Azərreyl”i qəbul edib. Çempionatın lideri rəqibinə 3:1 (25:14, 25:17, 22:25, 25:21) hesabı ilə qalib gəlib.

 

Digər qarşılaşmada isə “Murov” UNEC-i 3:0 (25:22, 25:16, 25:17) hesabı ilə darmadağın edib.

 

Qeyd edək ki, hazırda turnir cədvəlinə 15 xalla “Abşeron” başçılıq edir. 7 xalı olan “Azərreyl” 2-ci, 6 xalı olan “Murov” 3-cüdür. UNEC isə 2 xalla sonuncudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki