image-qanunla-reklam
image-lxdb70isrbllbfeiflnds4mbplbg3nme3wx2u6ev

Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlar ölkəmizin təqdim etdiyi 5 baza prinsipi əsasında aparılıb

image-lady-day-az

Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlar formatından və yerindən asılı olmayaraq, ölkəmizin təqdim etdiyi 5 baza prinsipi əsasında aparılır. Qarşı tərəfə təqdim etdiyimiz 5 baza prinsipi beynəlxalq normalara, BMT Nizamnaməsinə uyğundur və danışıqlar masasında oturan heç bir tərəf bu prinsiplərin əksini Azərbaycandan tələb edə bilməz. Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən üçtərəfli görüş də Azərbaycanın regionda davamlı sülh yaratmaq təklifi üzərində qurulub. Müzakirə olunaraq razılaşdırılan məsələlər ondan əvvəl qəbul edilən bəyanatların icrasının sürətlənməsinə töhfə verəcək. Beləliklə, Soçi görüşündə 3 məsələ razılaşdırılıb.

Birincisi, BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi və ilin sonuna qədər konkret nəticələrə imza atmaqla bağlıdır. Təbii ki, ölkəmiz delimitasiya və demarkasiya prosesinin tezləşdirilməsinin tərəfdarıdır. Çünki sərhədlərin delimitasiyası və demarkasiyası bir çox mübahisəli məsələlərin həllində Ermənistanla sülh müqaviləsinin imzalanmasına yol açacaq.

İkinci razılaşma humanitar məsələlərlə bağlıdır. Bundan əlavə, iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin davam etdirilməsi də müsbət ab-hava formalaşmasına yardım edə bilər. Əgər sülh müqaviləsinin bağlanmasından və gələcəkdə qonşuluq münasibətlərinin formalaşdırılmasından danışırıqsa, əlbəttə ki, bu gün biz ölkələrimiz arasında 30 illik düşmənçiliyi sonlandırıb yeni səhifədən başlamalıyıq. Açılacaq yeni səhifə xalqlar arasında etimad mühitinin yaranmasına və birgə yaşayışa söykənməlidir.

“Üçüncü məsələ kommunikasiyaların açılmasıdır. Hesab edirəm ki, Ermənistan, ilk növbədə, 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın tərkib hissəsi olan Qərbi Zəngəzurdan azərbaycanlıların maneəsiz keçidini təmin etməli, sonrakı mərhələdə isə ölkələrimiz arası bütün kommunikasiyalar açılmalıdır. Açılacaq digər kommunikasiyalar Azərbaycan və Ermənistanın suveren hüquqlarına əsasən müəyyən edilməli, yəni, Zəngəzur dəhlizinin digər açılacaq kommunikasiyalardan fərqli statusu olmalıdır. Belə ki, bu status Naxçıvana maneəsiz keçidlə bağlıdır.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki