image-qanunla-reklam
image-thumbs_b_c_b6119a3f0c58c3289444fe3e07c4ed63

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

image-lady-day-az

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır. Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. 2020-ci ilin sonunda Qarabağın işğaldan azad olunması regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində böyük rolu var. Ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarına Xəzər dənizi, avtomobil və dəmir yolları, həmçinin hava yolları daxildir. Bu gün ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, demək olar ki, bütün regional layihələrin əsas tərəfdaşı və təşəbbüskarıdır. Artıq Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinin inkişafına böyük töhfələr verir, bu sahədə əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında xüsusi rola malikdir.

Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşı-Kamal Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki