image-qanunla-reklam
image-06e4bb96-36ed-3da0-ad67-e108d862fc29_850

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir

image-lady-day-az

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir

Azərbaycan XXI əsrin ilk onilliyində artıq dünyada güclü və potensial qaz ehtiyatları olan ölkə olaraq ən yeni tarixə öz möhürünü vurdu. Ötən əsrin sonlarından başlayaraq qaz ehtiyatlarının nəqlinin gücləndirilməsi və yeni bloklarda hasilat işlərinə başlanılması respublikamızın enerji siyasətinin daha da zənginləşməsinə səbəb olub və karbohidrogen resurslarının ixracı ilə bağlı strategiyaya əlavə komponentlər daxil edilib. Zəngin qaz ehtiyatlarına malik olan Azərbaycan enerji resurslarının nəqlində diversifikasiya siyasətini genişləndirərək Avropanın bir çox dövlətlərinə yanacaq ixracını artırıb. Respublikamızın qaz partnyorları sırasına Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Macarıstan, Rusiya Federasiyası, İran daxil olub, həmçinin, yanacaq alıcılarının sayı və ixracın coğrafiyası ilbəil artmaqdadır. Respublikamız dünyada təchizatçı kimi mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti regionun geosiyasi mənzərəsini dəyişdirməklə yanaşı, bölgədə sülh, dostluq və təhlükəsizlik dəhlizinin daha da genişlənməsinə imkan yaradıb. Bu strategiya ölkəmizin həyata keçirdiyi enerji siyasətini daha da zənginləşdirib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki