image-qanunla-reklam
image-27f8530f6570cf27125f0f94dad5b468

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentinə xalqın etibarı və ehtiramı sonsuzdur

image-lady-day-az

Azərbaycanın ərazi bütövlüyünün bərpası, Şuşada milli bayrağımızın qürurla dalğalanması Heydər Əliyevin siyasətinin təntənəsidir. Ulu Öndər Heydər Əliyev tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazıldı. İki ildir, tariximizin sevincini yaşayırıq. Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə, keçmişinə və bu gününə bağlılığın göstəricisi məhz dünyaya səs salan tarixi qələbəmizdir. 44 günlük İkinci Qarabağ müharibəsində də bu birlik, həmrəylik öz sözünü dedi. Tarixi zəfərimizin reallıqları fonunda özünün V zəfər Qurultayını Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşamızda keçirən dünya azərbaycanlıları postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsində üzərlərinə düşən vəzifələri müzakirə etdilər, soydaşlarımızın tezliklə öz döğma yurd- yuvalarına Böyük Qayıdışın gerçəkləşməsinə dəstəklərini ifadə etdilər.

Dahi şəxsiyyət, dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin siyasi kursunun ən layiqli şəkildə davam etdirilməsi isə birbaşa Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır. 2003-cü il oktyabr ayının 15-də baş tutan Prezident seçkilərində Azərbaycan xalqı öz layiqli liderini seçdi. Dövlətimizin başçısı İlham Əliyevin səs üstünlüyü ilə prezident seçilməsi xalqımızın Heydər Əliyev siyasi kursuna və onun davamçısına olan böyük inamının, rəğbətinin göstəricisi idi. Tarix göstərdi ki, 2003-cü ildə prezident seçkilərində düzgün seçim etməklə Azərbaycan xalqı özünün işıqlı gələcəyini, sürətli inkişaf yolunu, rifahını və nəhayət, bütün dünyaya səs salan möhtəşəm Qələbəsini təmin etdi. 2003-cü ildən etibarən Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Prezidentimiz cənab  İlham Əliyev Azərbaycanın milli mədəni irsinin qorunmasına, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə daim xüsusi diqqət göstərib.Təsadüfi deyil ki, zaman zaman azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilib. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə nəticəsində Qarabağ işğaldan azad edildi. Bu tarixi zəfər Prezident cənab İlham Əliyevin müdrik siyasəti, gücü, iradəsi, beynəlxalq təzyiqləri layiqincə dəf etməsi, rəşadətli Ordumuzun misilsiz şücaəti və Azərbaycan xalqının öz lideri ətrafında yumruq kimi birləşməsi nəticəsində qazanıldı. Azərbaycanın inkişafının, parlaq gələcəyinin, möhtəşəm Qələbəsinin təminatçısı olan Prezidentimizin adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk edildi.

 

 

Zərdab rayonu  Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki