image-qanunla-reklam
image-66123_62bd6c8c6e9ea

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 dövrünə təsadüf etmişdir

image-lady-day-az

Rəsmən 1961-ci ildə yaradılmış Qoşulmama Hərəkatının dünya hadisələrinə fəal müdaxiləsi məhz 2019-cu ildə Azərbaycanın bu təşkilata sədrliyi ilə başlayıb. Qlobal pandemiyanın lap başlanğıcında, dünya üçün qlobal müharibələr qədər təhlükəli olan bir şəraitdə təşkilata sədrliyi qəbul edən Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə o zamanadək görünməmiş bir canlanma gətirdi. Bütün dövlətlərin pandemiya ilə mübarizədə öz xalqlarını xilas etmək üçün çalışdığı bir vaxtda Ermənistan növbəti dəfə yeni torpaqlar işğal etmək məqsədilə qoşunların təmas xətti boyunca hücuma keçdi. Vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq Azərbaycan bu təcavüzün də qarşısını uğurla aldı və cəmi 44 gün ərzində düşməni bütün işğal olunmuş ərazilərimizdən qovub çıxardı. Ermənistanın təcavüzkar siyasəti Qoşulmama Hərəkatı çərçivəsində də müzakirə olundu və bütün üzv dövlətlər tərəfindən yekdilliklə qınanıldı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi təşkilatın fəaliyyətini daha da gücləndirilmişdir. Azərbaycanın sədrliyi dövründə ölkəmiz Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə töhfələr verib, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atıb. Azərbaycan bu Hərəkata sədrliyi ilə əlaqədar atdığı addımlarla dövlətimizin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, beynəlxalq norma və prinsiplərin ədalətli tətbiqinə verdiyi töhfələri bütün dünyanın diqqətinə çatdırmış oldu.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki