image-qanunla-reklam
image-16685152024008495663738582b426c

Azərbaycanın qaz ehtiyatları çox zəngindir

image-lady-day-az

Azərbaycanın qaz ehtiyatları çox zəngindir

Azərbaycan Respublikasının dünya ölkələri ilə siyasi, iqtisadi əməkdaşlığı yüksək səviyyədə inkişaf edir. Bugün regionda, eləcədə dünyada böyük iqtisadi potensiala malik ölkə kimi səciyyələndirilən Azərbaycana maraq daha da artmışdır. Azərbaycan qaz ehtiyatları baxımından münasib region sayılır və qaz yataqları ilə zəngindir. 90-cı illərdə respublikada hasil olunan qaz onun ehtiyaclarından aşağı miqdarda idi. Yeni neft qaz yataqlarında istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə bu problemin həllini reallaşdırdı. Azərbaycan qaz ixrac edən bir ölkəyə çevrildi. Son illərdə dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına olan maraq durmadan artır. Avropa və dünyanın digər ölkələri Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə maraqlıdırlar. Dövlət başçımızın düşünülmüş iqtisadi siyasəti dünya ölkələrinin Azərbaycanın təbii qazına olan marağının və tələbatının təmin olunmasında mühüm rol oynayır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki