image-qanunla-reklam
image-633d31f69db30633d31f69db311664954870633d31f69db2e633d31f69db2f

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır

image-lady-day-az

“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır”

1994-cü ildə biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən baş vermişdi. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdi. Budəfəki müharibəni Azərbaycanın başlatmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”. “Mən münaqişənin aktiv fazası ərzində artıq dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq”.

Azərbaycan xalqı bütün millətlərin nümayəndələri ilə sülh və tolerantlıq mühitində birgə yaşaya bildiyini sübut edib və hətta xalqımızın bu xüsusiyyəti hər zaman örnək göstərilir. Ermənilər Azərbaycana qarşı ərazi iddiası qaldırıb, torpaqlarımızı işğal edənədək biz onlarla da Qarabağ ərazisində də, Bakıda da mehriban və problemsiz şəraitdə birgə yaşayırdıq. Amma bu sülhü ermənilər pozdu. Yenə də Azərbaycan xalqı sülhə sadiqliyini bəyan edir və ərazimizdəki digər xalqların nümayəndələri kimi ermənilərə də birgə dinc yaşayış vəd edir. Amma bütün dövrlərin “oyunpozanı” ermənilər buna hazırdırmı? Bu xalqın hamıya və hər şeyə nifrəti nəticəsində Ermənistan monoetnik dövlətdir. Biz erməni xalqının sadə nümayəndələri ilə nifaq aparmadığımızı və birgə yaşamaq niyyətimizi dəfələrlə bəyan etmişik, bəyənmirlər və ya istəmirlərsə, gedib öz monoetnik dövlətlərində yaşaya bilərlər”.

Prezidentimiz  bildirib ki, hazırda azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda minlərlə erməni əsilli adam var və Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir: “Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar olsun ki, mayın 29-da, – bu, haqq qazandırılması mümkün olmayan böyük bir səhv idi, – İrəvanı paytaxt kimi Ermənistana verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni irsimizi dağıdıblar.
Onlar bizim məscidlərimizi, abidələrimizi dağıdıblar. Burada – Bakının mərkəzində isə çox sayda erməni kitablarının olduğu erməni kilsəsi var. Bu gün Bakıda və Azərbaycanın başqa yerlərində çox sayda, minlərlə erməni yaşayır. Sizin orada yaşayan çox sayda erməni ilə bağlı dediyiniz məqama gəlincə, bizdə olan məlumata görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çoxazərbaycanlı yaşayırdı. Ermənilər bizə qarşı etnik təmizləmə həyata keçiriblər.
Biz  torpaqlarımızı işğaldan azad etmişik. Ərazidə artıq quruculuq-abadlıq işləri başlayıb. Əminəm ki, məhz abadlaşdırma siyasəti nəticəsində yaxın illərdə ermənilərin murdar izini Qarabağdan siləcəyik. Qarabağ tezliklə dünyanın ən gözəl yaşayış məskənlərindən birinə çevriləcək. 44 günlük Vətən müharibəsində ordumuz Qarabağda irəlilədikcə, biz ermənilərin uzun illər necə ağır şəraitdə yaşadığının şahidi olurduq. Azərbaycan qələbə qazanmaqla, həm də ermənilərə adam kimi yaşamaq şansı verib. Əgər Qarabağ erməniləri üçrəngli bayrağımızı öpüb qanunlarımıza tabe olsalar, o zaman güclü Azərbaycan dövlətinin himayəsi altında yaşayacaqlar. Ermənilər çox hiyləgər millətdir və əminəm ki, bu şansı əldən verməyəcəklər. Azərbaycan isə humanist dövlətdir. İstintaq nəticəsində terrorçuluqla məşğul olmadığı müəyyənləşdirilən 15 erməninin geri qaytarılması da bunu sübut edir. Azərbaycan xalqına güllə atmayan ermənilər üçün heç bir təhlükə yoxdur”.

 

Zərdab rayon Şəftəhal kənd tam orta məktəbin direktor müavini -Xəlilova  Rəhilə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki