image-qanunla-reklam
image-fransasef

Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi

image-lady-day-az

Azərbaycanın Fransadakı səfirliyi ermənilərin hücumuna məruz qalıb. Diplomatik nümayəndəliyimizin binasına ziyan dəyib, terrorçular səfirliyin daxilinə girmək istəyiblər. Bütün bunlar dünyanın mərkəzi olan Paris şəhərinin sakinlərinin gözü qarşısında baş verib. Videodan da göründüyü kimi, hadisə baş verən yerin yaxınlığında maşınlar şütüyür, ancaq bir nəfər belə olsun asayiş keşikçisi yoxdur. Ermənilər o qədər qorxaq məxluqdurlar ki, kiminsə arxasında gizlənmədən nə isə etmək cürətinə malik deyillər. Videodan görünür ki, onlar törətdiklərini də qorxaraq edirlər. Başqa bir videoda səfirliyimizin cəmi bir əməkdaşı onların qarşısını almaq gücündə olduğunu göstərir. Bu da növbəti dəfə sübut edir ki, həmin qorxaqlar polisin ərazidə olmadığına və olmayacağına əvvəldən əmin edildikdən sonra bu xain hərəkətə əl atıblar. Bu, erməni xislətinin bariz göstəricisi, nümunəsidir. Nəsillər dəyişir, xəyanətə, cinayətə meyil dəyişmir. Ötən əsrin 70-80-ci illərində erməni terrorçu təşkilatları, terrorçuları da beləcə müxtəlif xüsusi xidmət orqanlarının arxasına sığınaraq türk diplomatlarına qarşı cinayətlər, hava limanlarında partlayışlar törədir, səfirliklərə hücum çəkirdilər. Bilirdilər ki, həbs edilsələr də, azadlığa çıxacaqlar. Təbii ki, biz bütün belə təhdidlərin hər birinin öhdəsindən gələcəyik. Qarabağ Azərbaycandır ! Bayrağımız Şuşada və Zəngəzurda dalğalanır. Yaşasın müstəqil Azərbaycan!

 

 Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki