image-qanunla-reklam
image-natodkdsknsk

Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var

image-lady-day-az

Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib

XX yüzilliyin sonlarında öz çoxəsrlik tarixi məqsədinə – dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı dünyəvi, azad, demokratik, hüquqi cəmiyyət quruculuğu yolu tutaraq, müasir beynəlxalq hüququn subyekti kimi bütün dövlətlər və xalqlar ilə sülh, qardaşlıq və əməkdaşlıq münasibətlərinə tərəfdar olduğunu bəyan etmişdir. Azərbaycan müstəqil olan gündən Qərb dövlətləri ilə münasibətləri yüksək səviyyədə qurdu və siyasi-hərbi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdi. Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Bugün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki