image-qanunla-reklam
image-e8bfb9d1-4788-30eb-aa23-14f243d52d82

Azərbaycanın idman uğurları

image-lady-day-az

Azərbaycanın idman uğurları

 2022-ci il bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra edilmiş, Azərbaycanın hərtərəfli dinamik inkişafı təmin olunmuşdur. 2022-ci il bütün sahələrdə olduğu kimi Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Müxtəlif növlər üzrə idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləmişdir.

Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

Müxtəlif səviyyəli beynəlxalq yarışlarda idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər.

Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə idmanın müxtəlif növləri üzrə tanınmış və öz dəsti-xətti olan  idmançılarımız təcrübəsini gənc idmançılara ötürürlər. Azərbaycanda yetişən gənc idmançılar da bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlarına əminlik yaradırlar.

Son vaxtlar gənc idmançıların hazırlanması və xüsusilə seleksiya işləri sahəsində daha məqsədyönlü fəaliyyət göz önündədir.  Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idmanın müxtəlif növləri üzrə bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır.

Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, həmçinin, gənclər, yeniyetmələr, uşaqlar gənc və ya uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti vardır.

Yaxşı deyilmişdir ki, sağlam bədəndə sağlam ruh olar.İdman həm fiziki gücdür.Özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək sayılır. Bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq.

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Azərbaycan öz siyasətini ardıcıl şəkildə aparır və buna görədir ki, Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır.

 

Gülalı Çaxoyev

Saatlı rayon Günəşli kənd ümumi orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki