image-qanunla-reklam
image-16475008433374522296jpg-1647726442

Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar

image-lady-day-az

Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bir neçə gün əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz böyük qələbə ilə Vətənə qayıtmışlar. Belə ki, 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. İdman sahəsində əldə edilmiş nailiyyətləri hər zaman yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev Aprelin 8-də Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Cənab Prezidentimiz çıxışında bu tarixi uğuru yüksək qiymətləndirərək bildirmişdir: “Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır”. Prezident cənab İlham Əliyev Azərbaycan idmançılarını feyr-pley prinsipinə həmişə əməl etməyə çağırıb. “İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb.”

Şübhəsiz ki, idman ənənələrinə sadiq, onu layiqincə, təcrübəli şəkildə nəsildən- nəslə ötürə bilən  gənclərimiz Azərbaycanı bundan sonra da beynəlxalq arenada aparıcı idman ölkələrindən birinə çevirəcək və nüfuzunu daha da artıracaq.

Zeynalov Səlim – Zərdab rayon Dəkkoba kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki