image-qanunla-reklam
image-1663316797-1649064461-1624958473-baki_hava2

Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır

image-lady-day-az

Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır

Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələ olmuşdur. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə başlanan dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri də bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız, suverenliyin və ərazi bütövlüyünün yeganə təminatçısı olan Azərbaycan Ordusudur.

Bu gün Azərbaycan Silahlı Qüvvələrindən söz açdıqca Ulu öndərin ordu quruculuğu ilə bağlı ideyalarının, arzularının gerçəkləşdiyini qətiyyətlə söyləyə bilərik.

Xüsusilə qeyd olunmalıdır ki, hazırda Azərbaycanın dövlət büdcəsində ən çox xərc məhz orduya ayrılır.Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Azərbaycanın hərbi qüdrətinin artmasında ölkəmizin hərbi sənaye potensialının da böyük rolu var. Məlum olduğu kimi, Azərbaycanda son illər sürətlə inkişaf edən sahələrdən biri də müdafiə sənayesidir. Müdafiə Sənayesi Nazirliyinin yaradılmasında əsas məqsədlərdən biri ordumuz üçün lazım olan silah-sursatı ölkəmizdə istehsal etməkdir. Artıq Azərbaycanda atıcı silahların və onların sursatlarının, eyni zamanda hərbi texnikanın istehsal edilir.

Güclü və qüdrətli ordumuz sayəsində erməni işğalı altında olan ərazilərimiz azad edilmişdir.

 

Zərdab rayon Aşağı Seyidlər kənd ümumi orta məktəbinin müəllimi- Şükürova Nigar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki