image-qanunla-reklam
image-1668837571-759be363-02cb-46e6-8909-435b238711b8

Azərbaycanda vəhşi heyvanlar kişini PARÇALADI

image-lady-day-az

Oğuz rayonunda kişi meyiti tapılıb. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qanunla.az”a verilən məlumata görə, bugün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib.
Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki