image-qanunla-reklam
image-1684573204-operation_291112

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək

image-lady-day-az

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək.

“Qanunla.az” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, ölkədə 2 il əvvəl qəbul edilən “Donor və orqan transplantasiyası haqqında” Qanun buna imkan verir.

“Bu qanun imkan verir ki Azərbaycanda ürək əməliyyatları ilə yanaşı, ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər”, – deyə Ə.Əmiraslanov əlavə edib.

Qeyd edək ki, 19-21 may tarixlərində “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilir. Ayın 19-u konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə “Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi” adlı dəyirmi masa da təşkil olunub. Dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki