image-qanunla-reklam
image-1670077452_1634237451-xin-1

Azərbaycan XİN İrana nota verdi

image-lady-day-az

“Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir”.

Qanunla.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb” sualına cavabında deyib.

“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib. Hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”, – XİN rəsmisi bildirib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki