image-qanunla-reklam
image-cfc54692e8faad6fa6ba7a5497620536

Azərbaycan uzun illərdir ki, investor ölkədir

image-lady-day-az

Azərbaycan və Qırğızıstanı bir çox ortaq dəyərlər birləşdirir. Xalqlarımız eyni soy-kökə və mədəni dəyərlərə malikdir. Ölkələrimiz arasında münasibətləri yaxınlaşdıran da məhz bu dəyərlədir. Azərbaycan və Qırğızıstan strateji tərəfdaş ölkələrdir. Yarım il əvvəl iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Belə ki, ölkələrimiz arasında mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunaraq artıq real siyasət sahəsinə transformasiya olunub. Azərbaycan-Qırğızıstan əməkdaşlığı nəticələrə hədəfləndiyi üçün nəzərdə tutulandan daha tez reallaşır.

Qırğızıstanadövlətsəfərizamanı Prezident İlham Əliyev ölkələrimizarasında əməkdaşlığınyenimərhələyə keçdiyinivə əlaqələrindahageniş sahələri əhatə etməyə başladığını qeydedib. Bundan əlavə, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir ki, bundan da Türk dünyası yeni potensial əldə edir. Effektiv əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də öz bəhrəsini verir, münasibətlər qarşılıqlı dəstəyə əsaslanır.

Prezident İlham Əliyev Azərbaycan ilə Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxış edərkən bildirdi ki, biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Ümumiyyətlə, Dövlətlərarası Şura Azərbaycan və Qırğızıstana hədəflərə çatmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək bir mexanizmdir. Bundan əlavə, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması qərarı mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Qarşılıqlı maraqlara xidmət edən investisiyalar ölkələrimiz üçün yeni imkanlar yaradacaq. Məlum olduğu kimi, Azərbaycan uzun illərdir ki, investor ölkədir. Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğızıstandakı tərəfdaşlara xidmətlər göstərir. Həmçinin nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq.

Azərbaycan-Qırğızıstan münasibətləri humanitar sahədə də uğurla inkişaf etdirilir.Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır.Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən, eləcə də xalqlarımızın qarşılıqlı hörmətindən xəbər verir.Hər iki ölkədə mədəniyyət günləri keçiriləcək ki, bu da həm ölkələrimizin, həm də xalqlarımızın müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmasına imkan yaradacaq.Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanan doqquz adda rəsmi sənəd isə ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı üçün mühüm hüquqi baza rolunu oynayacaqdır.

 

Elnur İbişov

Saatlı rayonu Mircəlalkənd kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki