image-qanunla-reklam
image-img_20211013_083925

Azərbaycan səfərdə Serbiyaya məğlub oldu

image-lady-day-az

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Qanunla.Az xəbər verir ki,  Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olub. Belqraddakı “Rayko Mitiç” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 17-yə çatdıran Serbiya seçməsi liderliyə yüksəlib. Draqan Stoykoviçin başçılıq etdiyi kollektiv Portuqaliyadan 1 oyun çox keçirib. 1 xalı olan Azərbaycan millisi isə sonuncu sırada qərarlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki