image-qanunla-reklam
image-630a0e8c11e8c630a0e8c11e8d1661603468630a0e8c11e87630a0e8c11e89

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti dövründə qlobal əhəmiyyətli təşəbbüslər

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti dövründə qlobal əhəmiyyətli təşəbbüslər.

Ölkəmiz beynəlxalq əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli Liderin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilib. Xüsusilə də, uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı olaraq artmasını təmin edib. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur. Onlar sırasında 2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsi xüsusi vurğulanmalıdır. Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib, bu dövrdə dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb. 2012-ci il may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və Azərbaycanın prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bununla yanaşı, 2013-cü ilin oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Ümumilikdə, ölkəmizin bu quruma sədrliyi müddətində ümumilikdə qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib. Bir sözlə, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və öz qətiyyətli mövqeyini ortaya qoyub. Bunlarla yanaşı, tolerantlıq nümunəsi olan Azərbaycanın multikultural dəyərləri və sivilizasiyalararası dialoq ideyasını beynəlxalq miqyasda təbliğ etməklə qlobal sülh və inteqrasiya prosesinə vacib töhfələr verir. Ölkəmiz mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir, Azərbaycanda regional və qlobal əhəmiyyətli məsələlər, qlobal proseslər xüsusi müzakirə obyektinə çevrilir. Yəni Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələr verir. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu kimi mühüm tədbirlər, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu yarışlar məhz beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanda keçirilir. Bütün bunlar isə beynəlxalq müstəvidə qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır.

Səlimzadə Orxan

Saatlı rayon Mollavazlı kənd ümumi orta məktəbin Tarix müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki