image-qanunla-reklam
image-zefer-10-12-paradi_1639154021

Azərbaycan münaqişəni özü həll edib

image-lady-day-az

Ermənilər tarixi Qarabağ torpağımızda qeyri-qanuni məskunlaşdıqları ilk gündən Azərbaycana qarşı çirkin niyyətlərini işə salmış, bununla da məqsədli şəkildə toponimlərimizi dəyişməyə başlamış Tarixi diqqətlə oxuyub, araşdıran hər kəsə agah olar ki, ermənilər son 200 il ərzində etnik azərbaycanlılara qarşı misli görülməmiş faciələr yaşatmışdır. Bu tarix o qədər də uzaq keçmiş deyil və milliyyətindən asılı olmayaraq hər bir obyektiv tarixçi bu faktları etiraf etməkdən çəkinməməli və dünyada ədalətin, sülhün bərqərar olunması naminə haqq səsini ucaltmalıdır.

Qarabağın Azərbaycana məxsusluğu, eyni zamanda ermənilərin tarixən xalqımızın başına gətirdiyi müsibətlər tarixi arxivlərdə öz yerini qoruyur. İstər 1905-1907-ci, istərsə də 1918-1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Belə ki, 1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından deportasiya olunmuş, 1988-ci ildə başlayan Qarabağ hadisələri böyük fəlakətlərlə nəticələnmişdir. Tariximizin ən dəhşətli və ən acı səhifələrindən biri, qan yaddaşımıza çevrilmiş hadisə isə 1992-ci ilin əvvəllərində baş vermişdir. Erməni qəsbkarlarının – öz havadarlarının əlində maşaya çevrilmiş bu vəhşi millətin tarixi torpaqlarımıza hücumu nəticəsində ərazimizin 20 faizi işğal olunmuşdur. Həmin ilin fevralın 26-da Xocalı şəhərinin işğalı zamanı ermənilər bəşəriyyət tarixində misli görülməmiş soyqırımılarından birini törətmişdir. İşğal zamanı, eləcə də dünyada törədilən qətliamlar içərisində xüsusi qəddarlığı ilə seçilən Xocalı qətliamı nəticəsində yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmiş, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Təəssüflər olsun ki, ermənilərin işğalçılıq, soyqırımı və qəsbkarlıq siyasəti bütün dünyanın gözü qarşısında baş vermiş, heç bir dünya dövləti bu ədalətsizliyə və beynəlxalq hüququn qəsdinə dur deməmişdir. Üstəlik Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT Minsk Qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllində heç bir irəliləyişə nail olmamış, işğalçıya və işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmişdir. Azərbaycan dövləti isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Ölkəmizin bu humanizm addımları isə Ermənistanın qeyri-konstruktiv və təxribatçı hərəkətləri ilə nəticəsiz qalmışdır. Belə ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə müxtəlif yollara əl atmış, Azərbaycanın dövlət sərhədlərində atəşkəsi kobud şəkildə pozaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatlar törətmişdir.

2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilmiş növbəti hərbi təxribatın qarşısın almaq və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan nizannaməyə uyğun olaraq Azərbaycan münaqişəni özü həll edib. Ötən ilin 27 sentyabrında başlayan və tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan əks-hücum əməliyyatlarında dövlət-xalq-ordu birliyinin və həmrəyliyinin təntənəsi olaraq erməni işğalçıları üzərində parlaq qələbə qazanaraq xalqımız öz qətiyyətini, əzmini bütün dünyaya nümayiş etdirərək tarixi torpaqlarını işğaldan azad etmişdir. Ermənistan törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcəkdir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki