image-qanunla-reklam
image-1688460313_168845466264a3c606c49bc9-35461889

Azərbaycan idmançısına qarşı təxribat törədən erməni karateçinin medalı alındı

image-lady-day-az

“Batumi Open” beynəlxalq karate turnirində erməni idmançı azərbaycanlı rəqibi Alika Semixovaya qarşı təxribat törədib.

“Qanunla.az” “Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, Azərbaycan Karate Federasiyasının rəhbəri Arif Məmmədovun sözlərinə görə, Alika Semixovaya qarşı təxribat törədən Ermənistandan olan karateçi gümüş medalından məhrum edilib və turnirdə iştirakdan kənarlaşdırılıb.

Xatırladaq ki, Batumidə keçirilən karate çempionatında qadınlar arasında final görüşündə azərbaycanlı Alika Semixova ilə Ermənistan təmsilçisi qarşılaşıb. Qələbəni Azərbaycan idmançısı qazanıb.

Lakin döyüşdən dərhal sonra erməni karateçi Semixovanın üzünə zərbə endirib, o, təxribat törətməzdən əvvəl əl sıxmaq üçün əlini rəqibinə uzadıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki