image-qanunla-reklam
image-1644473806_1644470169534716334_1000x669-1644473585

Azərbaycan idmançısı 18-ci olub – Pekin-2022

image-lady-day-az

Azərbaycanı “Pekin-2022” Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev kişi idmançıların fərdi yarışlarının final mərhələsində (sərbəst proqram) çıxış edib.

“Qanunla.az” xəbər verir ki, təmsilçimiz sərbəst proqramda 2-ci qrupda mübarizə aparıb. Hakimlər onun çıxışını 155.04 xalla qiymətləndirib. V.Litvintsev fevralın 8-də kişi idmançıların qısa proqramında 84,15 xal qazanmışdı. Beləliklə, atletimiz “Pekin-2022”dəki mübarizəsini 239.19 xalla başa çatdırıb. Litvintsev yarışı 18-ci yerdə başa vurub.

Qeyd edək ki, Azərbaycanı “Pekin-2022”də təmsil edən digər idmançı olan fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də mübarizəyə başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki