image-qanunla-reklam
image-1677149512_98e4c1e3-9bb9-4265-9e0e-0a05d9d47825

Azərbaycan ictimaiyyətinin gözlədiyi “GƏNCƏVİ” jurnalının 1-ci nömrəsi nəşr olunacaq

image-lady-day-az

Azərbaycanda ictimai, iqtisadi, mədəni, tarixi və ideoloji sahələrdə fəaliyyətin işıqlandırılması üçün “GƏNCƏVİ” jurnalının 1-ci nömrəsi nəşr olunacaq.

Qanunla.Az xəbər verir ki, jurnalın nəşri may ayında nəzərdə tutulub.

“GƏNCƏVİ” Jurnalı müxtəlif sahələrdə nümunəvi fəaliyyətləri ilə fərqlənən fərdlərin və qurumların geniş ictimaiyyətə təqdim olunmasını təmin edəcək. Həmçinin jurnalda ictimai və sosial layihələr işıqlandırılacaq. Fərdi təşəbbüslər, fərqli müsahibələr və təqdimatlar jurnalda öz əksini tapacaq. Jurnalın fəaliyyət istiqaməti çərçivəsində fərdlər və qurumlar “GƏNCƏVİ” Milli Mükafatı ilə mükafatlandırılacaq.

“GƏNCƏVİ” Milli Mükafatı öz sahəsində fərqlənən, uğur qazanan, faydalı olan və nümunə yaradan fərdlərə və qurumlara təqdim olunacaq. Mükafatlandırmanın məqsədi fərdin və ya qurumun fəaliyyətini geniş ictimaiyyətə təqdimatında keyfiyyət göstəricisinin nümayiş edilməsidir. Müxtəlif fəaliyyət istiqamətlərinin inkişafına dəstək vəsitəsidir.

“GƏNCƏVİ” Jurnalının təsisçisi və Baş redaktoru İctimai Xadim, İş Adamı Elşən Gəncəvidir. Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi – İctimai və Sosial Şuranın rəhbəri, “Oxu-magiya” kitabının yazarıdır.

Eyni zamanda “PUBLIC” və “GƏNCƏVİ” jurnallarının təsisçisi və Baş redaktorudur. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir. Onun ictimai və sosial mövzularda müəllif yazıları müxtəlif media qurumlarında dərc olunur. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı, 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə isə eyni seçki dairəsində namizəd olub. Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Jurnalda yer almaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz.

+994 70 664 44 40

İslahat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki