image-qanunla-reklam
image-425291814_0_652_3174_2048_600x0_80_0_0_a50064257a213a24170884afd4db5f10

Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub

image-lady-day-az

Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu.Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı.

44 gün davam edən müharibədə 30 ilə yaxın idi ki, işğal altında olan əzəli torpaqlarımızın azad olunması xalqımız tərəfindən bayram kimi, böyük sevinclə qarşılandı. Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildilər. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi sıradan çıxarıldı.

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Hazırda qarşıda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Vətən müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, xalq-Prezident-ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.

2020-ci il noyabrın 10-da Ermənistan təslim olduğunu rəsmən elan edən kaputilyasiya aktı imzalandı. Bir ay sonra isə isə – dekabrın 10- da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bununla da Azərbaycan XXI əsrdə ilk Zəfər paradı keçirən dövlət kimi dünya tarixinə düşdü. Artıq həyatımızda yeni dövr başlayıb. Bu dövrün özünəməxsus özəllikləri var

Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf edib, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşıb. Onlar görürlər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən, “Qarabağ Azərbaycandır” kəlməsini Azərbaycan tarixinə əbədi həkk edən Lideri var.

Yaşasın Ali Baş Komandan Cənab İlham Əliyev,Yaşasın qüdrətli Azərbaycan ordusu.

 

Zərdab rayon Əlibəyli  kənd tam orta məktəbin direktoru -Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki