image-qanunla-reklam
image-853

Azərbaycan haqqın, ədalətin, sülhün tərəfdarıdır

image-lady-day-az

 44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra  Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu reallıqlardan biri də Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizidir.  

Bu yol Türkiyə ilə Azərbaycan arasındakı məsafəni 400 kilometr azaldacaq. Uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi hazırda sürətlə davam edir. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün hazır olduqlarını bildirirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ müharibəsi başlayan gündən dünyanın güc balansını dəyişmək iqtidarında olan dövlət başçıları ilə görüşlərində,  beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirmişdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarının bir qarşını da ermənilərə güzəştə getməyəcək… Bu məsələdə Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti sülhün, regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasının tərəfdarıdır. Təbii ki, işğalçı Ermənistan bu kimi layihələrin gerçəkləşməsini istəmir. Onlar bu məqsədlə bütün imkanlarından istifadə edərək, Azərbaycana qarşı təxribatlar həyata keçirirlər. Ancaq ermənilər dərk etmirlər ki, bu layihələrin reallaşması bütün region, o cümlədən Ermənistanın özü üçün böyük dividend gətirə bilər.

Tarixə ekskurs edəndə görürük ki, o dövrdə sadə insanlardan tutmuş vətənpərvər ziyalılara qədər bütün soydaşlarımız Zəngəzurun Ermənistana verilməsinə tamamilə etiraz edirdi. Amma deyir sən saydığını say, gör, erməni və ermənipərəst bolşeviklər nə iş görür.  O dövrdə Cümhuriyyət hökuməti də Zəngəzur məsələsində qətiyyətli mövqe tutmuşdu. Təsadüfi deyil ki, özünü bölgənin ağalarından hesab edən Amerika təmsilçisi Haskel də Zəngəzurun Azərbaycanın olduğunu hesab edirdi.  Nəsib bəy hökuməti də Cümhuriyyətin işğalına qədər Qarabağ və bir hissəsi olan Zəngəzur məsələsində qətiyyətlə dayandı, bölgədəki erməni fitnəsinə qarşı mübarizə apardı. Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetində çap etdirdiyi “Ermənistan və Azərbaycan  münasibəti” adlı məqaləsində yazırdı: “Zəngəzur məsələsi” zatən ermənilər tərəfindən meydana çıxarılmış olan “Qarabağ məsələsi”nin mabədidir… Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd üyezddən biridir. Zəngəzursuz Qarabağ Qarabağ ola bilməz!”

Ermənilər tezliklə rəsmi şəkildə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli, dəhlizin açılmasına və işlərin davam etdirilməsinə şərait yaratmalıdırlar.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki