image-qanunla-reklam
image-1667368136_ned_prays

“Azərbaycan-Ermənistan arasındakı danışıqları dəstəkləməyə davam edəcəyik”

image-lady-day-az

“Gələcək aylarda biz tərəfdaşlarımız və müxtəlif təşkilatlar vasitəsilə Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqların sürətləndirilməsi və təmin edilməsi istiqamətində işi davam etdirəcəyik”.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays mətbuat brifinqdə məlumat verib.

Oktyabrın 31-də Soçidə keçirilən Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının üçtərəfli görüşünə toxunan amerikalı diplomat qeyd edib ki, ABŞ bu görüşdə iştirak etməyib, ona görə də konkret şərhi yoxdur.

“Bununla belə, dövlət katibi Blinken dəfələrlə, o cümlədən Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşü zamanı bəyan edib ki, biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlar prosesinə sadiqik. Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həllinin açarı və davamlı sülhə nail olmaq yoludur”, – Prays vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki