Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə təhvil verilib.
Qanunla.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 22-də Brüsseldə üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq və Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə Eduard Martirosov mayın 26-da erməni tərəfinə təhvil verilib”, – məlumatda qeyd olunub.
E.Martirosovun Azərbaycan tərəfinə mayın 23-də keçdiyi bildirilib.