image-qanunla-reklam
image-3_21667543608

Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib

image-lady-day-az

Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu bir daha sübut edir.

Azərbaycan müstəqil olandan ərəb dövlətləri ilə xoşməramlı münasibətdədir. Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq edir. Azərbaycan torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxması ilə bağlı bu təşkilatda dəfələrlə qətnamə qəbul olunub. Ermənistanın işğalçı və təcavüzkar adlanmasına təşkilata üzv olan ərəb dövlətləri də səs verib. Bir sıra ərəb dövlətləri İslam Əmədaşlıq Təşkilatı daxilində Xocalı soyqırımını da tanıyıb.

Əslində, Əlcəzairlə Azərbaycanın tarixində oxşar cəhətləri çoxdur. Hər iki ölkə işğalçılığa qarşı mübarizə aparıb. Əlcəzair Fransa müstəmləkəçiliyinə qarşı yüz ildən artıq döyüşüb. Onda dünya demokratiyasının mərkəzlərindən sayılan bu dövlət həm də soyqırım kimi beynəlxalq cinayət törədib.

Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə nəticələnib. 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzaladı və Əlcəzairin müstəqilliyini tanımalı oldu. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edildi.

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlərə gəldikdə, xatırlatmaq yerinə düşər ki, bu ölkə 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki